Türkdilli Dövlətlər Təşkilatının (TDT) gündəliyi ənənəvi ortaq tarix və mədəniyyət mövzularından Qazaxıstan üçün çox vacib olan iqtisadi və ümumi təhlükəsizlik məsələlərinə keçib.
Bunu “Report”a müsahibəsində qazaxıstanlı politoloq Dimaş Aljanov bildirib.
“Azərbaycanda keçiriləcək TDT sammitində iqtisadi əməkdaşlıq və ümumi təhlükəsizlik məsələlərinin müzakirəsi vaxtında atılmış düzgün addım olacaq. Söhbət iştirakçı ölkələrin milli iqtisadiyyatlarının daha da gücləndirilməsi və risklərin şaxələndirilmısi ilə bağlı müzakirələrdən gedir. Bu cür gündəlik Qazaxıstanın hazırkı administrasiyasının mövqelərini gücləndirməyə imkan verəcək”, – o qeyd edib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

