
Bakı. Trend:
BMT-nin İnsan Hüquqları Şurası Əfqanıstanda insan hüquqlarının
pozulması ilə bağlı irəli sürülən ittihamlar üzrə sübutların
toplanması məqsədilə araşdırmanın başlanması barədə qərar qəbul
edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, söhbət Avropa İttifaqı tərəfindən irəli sürülmüş
qətnamə layihəsindən gedir. Layihə Əfqanıstanda müstəqil istintaqın
aparılmasını nəzərdə tutur.
Ötən ay BMT-nin Əfqanıstan üzrə missiyası “Taliban” hərəkatını
ölkə üzrə internetə çıxışı bərpa etməyə çağırıb. Qurumun
bəyanatında qeyd olunurdu ki, internetə çıxışın məhdudlaşdırılması
fikir azadlığını və məlumat əldə etmək hüququnu daha da sarsıdır.
Ölkədə internetin fəaliyyəti təxminən 48 saatlıq fasilədən sonra
bərpa edilmişdi.
Bundan əvvəl Əfqanıstan hökuməti universitet proqramlarından
qadın müəlliflər tərəfindən yazılmış kitabları çıxarmış və həmçinin
18 fənnin tədrisini qadağan etmişdi.

