Misli Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının VII turu penaltilərlə zəngin olub.

PFL-dən Trend-ə verilən məlumata görə, altı oyunda beş dəfə 11
metrlik cərimə zərbəsi təyin olunub.

Ruan Renato (“Zirə”) “Neftçi”nin, Coy Lens Mikels (“Sabah”)
“Karvan-Yevlax”ın, Rikardo Apolinario (“Şamaxı”) “Qəbələ”nin
qapısına yol tapıb. Dioqo Almeyda (“İmişli”) “Araz-Naxçıvan”a,
Aleksandr Ramalinqom (“Sumqayıt”) “Turan Tovuz”a qarşı matçda
imkanı qaçırıb.




Bu, penalti sayında mövsümün rekordudur. Premyer Liqada daha çox
belə zərbələrin təyin edilməsi sonuncu dəfə ötən mövsümün XI
turunda təsadüf olunub. Həmin vaxt 5 oyunun hamısında, ümumilikdə
altı dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib.

2024-cü il oktyabrın 25-27-dəki turda bu zərbələrdən üçü qolla
nəticələnib, üçü qeyri-dəqiq alınıb. Toral Bayramov (“Qarabağ”)
“Şamaxı”, Felipe Santos (“Araz-Naxçıvan”) “Zirə” ilə matçda dəqiq
olubsa, Cesse Sekidika (“Sabah”) “Neftçi”, Fərid Nəbiyev (“Səbail”)
“Sumqayıt”la dueldə şansı qaçırıb. İki penalti təyin edilən görüşdə
isə Luis Paçu (“Kəpəz”) qola sevinibsə, Kristian da Silva (“Turan
Tovuz”) qeyri-dəqiq olub.