IEA Azərbaycanda istixana qazlarının səviyyəsinin azalma dinamikası barədə bəhs edib

Baş səhifə

Bakı. Trend:

Enerji sektoru Azərbaycanda karbon qazı emissiyalarının
(CO2) əsas mənbəyi olaraq qalmaqdadır.

Bu barədə Trend
Beynəlxalq Enerji Agentliyinə istinadən xəbər verir.

IEA-nın hesabatında göstərildiyi kimi, 2011–2020-ci illər
ərzində ölkənin enerji sektorunda emissiyaların səviyyəsi 20,9–22,2
milyon ton CO₂ arasında dəyişmiş və atmosferin çirklənməsinin ən
böyük mənbəyi olaraq qalmışdır.




Qeyd olunur ki, enerji sektorundan sonra əsas emissiya mənbələri
kənd təsərrüfatı və tikinti sahələridir. Ən az emissiya isə
tullantıların emalı, sənaye istehsalı, tikinti və nəqliyyat
sahələrinə aiddir.

Məlumatlar göstərir ki, bəzi dəyişkənliklərə baxmayaraq, 2020-ci
ildə Azərbaycanda ümumi CO₂ emissiyaları təxminən 56,7 milyon ton
olmuşdur ki, bu da 2011-ci ilin səviyyəsindən yüksəkdir.

IEA-nın məlumatına görə, Azərbaycanın qlobal istixana qazı
emissiyalarındakı payı 0,12%-dir. “EU4Climate” məlumatlarına
əsasən, 1990–1995-ci illər ərzində Azərbaycanın emissiyaları 37%
azalmış və 2010-cu ildə demək olar ki, eyni səviyyədə
qalmışdır.