
Bakı. Trend:
Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi
ilə seçilən “Nar”ın tərəfdaşlığı ilə “Bütün Vücudlar Danışır”
sosial layihəsinin 2024-2025-ci illər üzrə hesabat tədbiri
keçirilib. Layihənin əsas məqsədi həssas və qeyri-həssas qrupları
bir araya gətirməklə onların fiziki və emosional rifahını
yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək, yeni
dostluqlar qurmaq və inklüziv cəmiyyətin gücləndirilməsinə töhfə
verməkdir.
Tədbir çərçivəsində layihənin hesabatı təqdim olunub. Bildirilib
ki, il ərzində layihəyə ümumilikdə 587 nəfər – həm əlilliyi olan,
həm də olmayan iştirakçı cəlb edilib və beləliklə, həssas və
qeyri-həssas qrupların birgə fəaliyyəti dəstəklənib. Həmçinin,
cəmiyyətdə inklüziv davranış mədəniyyətinin təşviqi məqsədilə
sosial şəbəkələrdə yayımlanan maarifləndirici videoların təsiri və
əldə olunan nəticələr tədbir iştirakçıları ilə bölüşülüb. Qonaqlar
inklüziv dəyərləri əks etdirən bədii film nümayişini izləyib, eləcə
də xüsusi inklüziv rəqs tamaşasının şahidi olublar. Tədbirdə
layihənin ideyası ətrafında birləşən tərəfdaş qurumların rəhbərləri
də çıxış edərək inklüziv cəmiyyətin təşviqinə dair fikirlərini
səsləndiriblər.
Tədbirdə iştirak edən “Nar”ın İctimaiyyətlə əlaqələr və
korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova
bildirib: “Nar” ölkəmizdə inklüzivlik istiqamətində layihələr
həyata keçirən ilk şirkətlərdən biridir. Xüsusilə qürurvericidir
ki, bu təşəbbüslərimiz digər şirkətlər üçün də ilham və motivasiya
rolunu oynayır. Biz inklüzivliyi dəstəkləməklə həm cəmiyyətin
inkişafına, həm də biznes mühitində sosial məsuliyyətin
güclənməsinə töhfə veririk”.
Sosial məsuliyyət fəaliyyətlərini ardıcıl şəkildə davam etdirən
“Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində
təhsil, inklüzivlik və sosial rifah istiqamətində təşəbbüsləri
dəstəkləməklə cəmiyyətdə bərabər imkanların təşviqinə və inklüziv
dəyərlərin güclənməsinə töhfə verir. Mobil operatorun həyata
keçirdiyi bütün sosial layihələrlə
nar.az vasitəsilə tanış ola bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.

