Bakının bu prospektində hərəkət istiqaməti dəyişdirilir (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik
edilir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən
Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin
artırılması məqsədilə müvafiq təhlillər aparılıb.




“Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri
Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlif
səviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə
yönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi
təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib
çıxarır”, – məlumatda bildirilib.

Qeyd edilib ki, problemin aradan qaldırılması məqsədilə Mərdəkan
prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq
hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə
birləşmədəki yol qovşağına yönləndirilir.