Fransanın Baş nazirinin istefasından sonra avro ucuzlaşıb

Baş səhifə
Fransanın Baş nazirinin istefasından sonra avro ucuzlaşıb

Bu gün Fransanın Baş naziri Sebastyan Lekornyunun istefası xəbərindən sonra avro ABŞ dolları qarşısında 0,77 % dəyər itirib.

“Report” xəbər verir ki, bu, ticarət məlumatlarında öz əksini tapıb.

Belə ki, 1 avronun məzənnəsi 1,1743 ABŞ dollarından 1,1653 ABŞ dollarına düşüb.

Paralel olaraq 1 ABŞ dollarının yapon yeninə nisbətən məzənnəsi artıb – Belə ki, 1 dollar əvvəlki bağlanışdakı 147,45 yendən 150,19 yenə yüksəlib. Dollar indeksi (ABŞ-nin ticarət tərəfdaşı olan 6 ölkənin valyuta səbətinə nisbətdə məzənnə) isə 0,78 % artaraq 98,48 bəndə çatıb.