Fransanın RN hərəkatının lideri parlamentin buraxılmasını tələb edir

Baş səhifə

Bakı. Trend:

Fransada 2022-ci ildən bəri “Milli Yürüş” (RN) hərəkatının
lideri olan Cordan Bardella prezident Emmanuel Makronu ölkə
parlamentini buraxmağa çağırıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Seçkilər yenidən keçirilmədən və parlament buraxılmadan ölkədə
sabitliyin bərpası mümkün deyil,” – deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Fransada baş nazir Sebastyan
Lekornyu istefa verib.