DVX xətti ilə büdcə daxilolmaları 4%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət
Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə daxilolmalar
12,456 milyard manat təşkil edib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
3,5% çoxdur.




Vergi daxilolmaları proqnozdan 614,2 milyon manat və ya 5,2% çox
icra edilib.

Xatırladaq ki, 2025-ci il üzrə Dövlət Vergi Xidməti büdcəyə 15,5
milyard manat vəsait köçürməlidir.