III MDB Oyunları: Çövkən yarışında bürünc medal qazanan komanda bəlli olub

Baş səhifə
III MDB Oyunları: Çövkən yarışında bürünc medal qazanan komanda bəlli olub

Azərbaycanda keçirilən III MDB Oyunlarının çövkən yarışında bürünc medal qazanan komanda müəyyənləşib.

“Report”un məlumatına görə, Qırğızıstan kollektivi bürünc mükafata sahib çıxıb.

Yığma üçüncü yer uğrunda görüşdə Qazaxıstana qalib gəlib – 2:0.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq. Finalda Azərbaycan və Özbəkistan komandaları qarşılaşacaqlar.