Qurd Dərəsi bağlarında hərbi sursatlar aşkar edilib (FOTO/VİDEO)

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, Qurd Dərəsi bağları adlanan ərazidə hərbi
sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu
hadisə yerinə cəlb edilib.

“Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 38 ədəd
VM-30 və 3 ədəd VM-45 artilleriya mərmilərinin partladıcıları
olduğu müəyyən edilib”.




Qeyd edilib ki, sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri
tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək
kənarlaşdırılıb.

“Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib”,-
qurumdan əlavə olunub.