Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə “Report”un soruğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
“Hazırda pasiyentin Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir”, – məlumatda bildirilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

