Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin daha da irəliləməsində Avropa İttifaqının dəstəyinə arxalana bilər – Marta Kos

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması
prosesinin daha da irəliləməsində Avropa İttifaqının dəstəyinə
arxalana bilər.

Bunu Trend-ə Avropa İttifaqının Genişlənmə üzrə
komissarı Marta Kos sentyabrda Azərbaycana səfərindən sonra verdiyi
özəl müsahibəsində deyib.

“Bu, regionda davamlı sülh və sabitlik yolunda mühüm addımdır.
İmzalanmış və ratifikasiya olunmuş sülh sazişi keçmiş münaqişələrə
son qoyacaq və regionun inkişafına mühüm müsbət təsir göstərəcək.
Bu, sülh və sabitliyin yeni səhifəsini açacaq. Sazişin əsas
elementi nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi
öhdəliyidir. Bu, təkcə region daxilində əlaqələri gücləndirməyəcək,
həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyaya yaxınlaşdıracaq.
Azərbaycan mümkün transsərhəd və regional əməkdaşlıq təşəbbüsləri,
barışıq səyləri və humanitar məsələlər də daxil olmaqla normallaşma
prosesini daha da irəlilətmək üçün Avropa İttifaqına ümid edə
bilər”, – deyə o əlavə edib.