Bakı. Trend:
Everestin şərq yamacına aparan Karma vadisində qar fırtınasına
düşən yüzlərlə şəxsi xilas etmək mümkün olub.
Trend xəbər verir
ki, bu barədə Guardian qəzeti məlumat yayıb.
Məlumata görə, təxminən 1000 nəfər dağın 4200 metr hündürlüyündə
yerləşən düşərgələrdə qar fırtınası səbəbindən sıxışıb qalıb.
Xilasedicilər və yerli sakinlər 350 turisti qardan çıxara
biliblər.
Hazırda xilas edilən 350 turist yaxınlıqdakı Qudan şəhərinə
çatdırılıb, daha bir neçə yüz nəfərin isə yolda olduğu
bildirilir.
Everestin aşağı yamaclarında çətin şəraitdə qalan təxminən 200
nəfərlə də əlaqə saxlanılıb.

