Almaniyada Bavariya Xristian Sosial Birliyinin Münhendəki qərargahı yandırılıb

Baş səhifə

Bakı. Trend:

Naməlum şəxslər Almaniyanın hakim koalisiyasına daxil olan
Bavariya Xristian Sosial Birliyinin Münhendəki qərargahını
yandırıblar.

Trend xəbər verir
ki, bu barədə Münhen polisinin mətbuat xidməti məlumat yayıb.




Hüquq-mühafizə orqanları bildiriblər ki, yerli sakinlər
yanğınsöndürənlərin köməyi ilə alovun qarşısını alıblar.

Hadisə ilə bağlı hələlik heç bir şübhəli saxlanılmayıb və
araşdırma aparılır. Yanğın zamanı xəsarət alan olmayıb, lakin
binaya maddi ziyan dəyib.