Ekvador prezidenti 10 əyalətdə toplaşmaq hüququnu məhdudlaşdırıb

Baş səhifə

Bakı. Trend:

Ekvador Prezidenti Daniel Noboa dizel yanacağının bahalaşması
ilə əlaqədar etiraz aksiyalarına görə ölkənin on əyalətində
toplaşmaq hüququnu məhdudlaşdırıb.

Trend xəbər verir
ki, bu barədə “Associated Press” məlumat yayıb.

Piçinça, Kotopaxi, Tunquraua, Kimboraso, Bolivar, Kanyar, Asuay,
Orelyana, Sukumbíos və Pastasa əyalətlərində sərbəst toplaşmaq
azadlığı dayandırılıb.




Prezidentin fərmanı hərbçilərə və polisə lazım bildikdə “ictimai
toplantıların qarşısını almaq və onları dağıtmaq” səlahiyyəti
verir. Bundan əlavə, ictimai asayişi pozan, vətəndaşların
təhlükəsizliyini təhdid edən və onların yaşamaq, hərəkət və işləmək
hüquqlarını məhdudlaşdıran “karantinlər və zorakı hərəkətlər”
səbəbindən qeyd olunan əyalətlərdə fövqəladə vəziyyət elan
olunub.

Qeyd edək ki, sentyabrın 12-də prezidentin dizel yanacağına
subsidiyaların ləğvi barədə fərman imzalamasından sonra ölkədə
kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə dizel yanacağının
qiyməti bir qallon üçün 1,80 dollardan 2,80 dollara yüksəlib.