
Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən 5 oktyabr 2025-ci il tarixində
peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat
uçotu üzrә) keçirilib.
Mərkəzdən Trend-ə
verilən məlumata görə, imtahan elektron formada Bakı və Naxçıvan
şəhərlərində, ümumilikdə 2 binada təşkil olunub. İmtahanın
keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 8 imtahan rəhbəri, 42
nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin
qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib.
Tapşırıqların 30-u qapalı, 10-u açıq tiplidir. İmtahanda maksimum
100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1
balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10
balla qiymətləndirilir.
İmtahanda ümumilikdə 599 nəfər iştirak edib.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan
vaxt başa çatdıqda qapalı tipli tapşırıqların nəticələri ilə tanış
olmaq imkanına malik olublar.
Yekun imtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması ilə əlaqədar 4 həftədən sonra elan olunacaq.

