III MDB Oyunları: Azərbaycan idmançıları medallar qazandı

Baş səhifə

Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında iki medal qazanıblar.

Metbuat.az xəbər verir ki, Valentina Zeynalova və Zərifə Hüseynova yarımfinala qədər irəliləməklə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Hər iki idmançımız finala gedən yolda Rusiya təmsilçilərinə məğlub olublar.

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarının birinci günündə Amil Ramazanov ikinci medalını qazanıb.

Bundan əlavə birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.