17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
“Report” xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
Qeyd edək ki, IX qrupda yer alan komanda oktyabrın 8-də Fransa, 11-də İsrail, 14-də isə Rumıniya ilə qarşılaşacaq. Qrupun bütün oyunları Fransada keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
| Nr. | Adı / Soyadı | Klub |
| 1 | Rauf Əyyubov | Sabah |
| 2 | Nurəziz Əzizov | Neftçi |
| 3 | Kamil Həsənov | Marcet (İspaniya) |
| 4 | Kəmaləddin Cəfərli | Qarabağ |
| 5 | Uğur Qurbanlı | Qarabağ |
| 6 | Toğrul Mehdizadə | Sabah |
| 7 | Səttar Tahirzadə | Marcet (İspaniya) |
| 8 | Əli Kiçibəyov | Marcet (İspaniya) |
| 9 | İsmayıl Rzayev | Şəfa |
| 10 | Amin Rzayev | Qarabağ |
| 11 | Rəşad Gülüşov | Sabah |
| 12 | Nihad Hüseynzadə | Sabah |
| 13 | Nihad Cəfərzadə | Sabah |
| 14 | Abbas Zeynalov | Marcet (İspaniya) |
| 15 | Onur Əliyev | Qarabağ |
| 16 | Adnan Bunyatov | Marcet (İspaniya) |
| 17 | Əli Bəşirov | Qarabağ |
| 18 | Samir Şərifov | Sabah |
| 19 | Pünhan Kərimov | Marcet (İspaniya) |
| 20 | Nicat Kərimov | Sabah |
8 oktyabrFransa (U-17) – Azərbaycan (U-17)
“Bourret” stadionu, Kapbreton. Saat 17:00 Baş hakim: Marius Hansen Qrotta (Norveç) Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya) Dördüncü hakim: Mateo Erceq (Xorvatiya) 11 oktyabr İsrail (U-17) – Azərbaycan (U-17) “Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00 Baş hakim: Marius Hansen Qrotta (Norveç) Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa) Dördüncü hakim: Gillaume Paradis (Fransa) 14 oktyabr Azərbaycan (U-17) – Rumıniya (U-17) “Bourret” stadionu, Kapbreton. Saat 17:00 Baş hakim: Mateo Erceq (Xorvatiya) Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa) Dördüncü hakim: Gillaume Paradis (Fransa)
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

