
Bakı. Trend:
Gürcüstanın hakim partiyası “Gürcü Arzusu – Demokratik
Gürcüstan” ölkədə keçirilən yerli seçkilərdə 80,79% səs qazanaraq
inamla liderlik edib.
Trend-in məlumatına görə, bu, oktyabrın 5-də açıqlanan
seçkilərin ilkin nəticələrində qeyd olunub.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 3061 seçki
məntəqəsindən 2283-də səslər hesablanıb. Gürcüstan üzrə seçici
fəallığı 40,93% təşkil edib, 1 438 116 vətəndaş səs verib.
Seçkilər şənbə günü bütün 64 bələdiyyədə keçirilib, burada
seçicilər merləri və yerli nümayəndə şuralarının (sakrebulo)
üzvlərini seçiblər. Seçkilərdə iştirak etmək üçün ümumilikdə 3,5
milyon seçici qeydiyyatdan keçib. Ölkə üzrə 3061 seçki məntəqəsi
fəaliyyət göstərib.
İlkin məlumatlara görə, bütün bələdiyyələrdə “Gürcü arzusu”
liderlik edir. Müxalif “Güclü Gürcüstan – Lelo” partiyası 6,77
faizlə ikinci, 3,87 faizlə “Qaxariya Gürcüstan üçün” üçüncü, 3,29
faizlə “Girçi” partiyası üçüncüdür.
Digər partiyalar, o cümlədən Gürcüstan Naminə Mühafizəkarlar
(2,76%), Vətənpərvərlər Alyansı (0,84%) və Vətən, Dil, İnam
(0,37%), hər biri 3%-dən az səs toplayıb.
Seçkiləri 28 beynəlxalq və 27 yerli müşahidəçi təşkilat izləyib,
ölkə üzrə 73-dən çox KİV-də işıqlandırılıb.
Yaxın günlərdə Mərkəzi Seçki Komissiyasının yekun nəticələri
açıqlayacağı gözlənilir.

