
Gürcüstanda 4 oktyabr aksiyasının təşkilatçıları saxlanılıb.
Metbuat.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) 4 oktyabrda Tbilisidə keçirilən aksiyanın əsas təşkilatçılarının saxlanıldığını açıqlayıb.
Nazirliyin məlumatına görə, saxlanılanlar arasında “Milli Hərəkat” Partiyasının üzvləri Murtaz Zodelava və İrakli Nadiradze, “Rustaveli Prospekti” hərəkatının liderlərindən biri Paata Burçuladze, “Strategiya Ağmaşenebeli” Partiyasının nümayəndəsi Paata Manjqaladze və polkovnik Laşa Beridze var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

