Çində “Matmo” qasırğası səbəbindən 144 min insan təxliyə ediləcək

Baş səhifə

Bakı. Trend:

Çinin cənubundakı Haynan vilayətinin hakimiyyət orqanları “Matmo” qasırğası səbəbindən 144 minə yaxın insanın təxliyəsi
barədə göstəriş verib.

Trend-in məlumatına görə, bu barədə “Xinhua” agentliyi xəbər
verib.




Məlumata əsasən, onlardan 114 mini artıq təhlükəsiz yerə
köçürülüb.

Bundan əvvəl yerli meteorologiya departamenti tropik siklonun
Haynan şəhərindən 60 km şimal-şərqdən keçdiyini bildirmişdi.