İsrail Müdafiə Qüvvələri (İMQ) Yəməndən raket buraxılışı qeydə alıb.
“Report”un məlumatına görə, bu barədə İMQ-nin mətbuat xidmətinin açıqlamasında bildirilib.
“İsrail Müdafiə Qüvvələri Yəməndən İsrail ərazisinə doğru raket buraxılışını qeydə alıb”, – açıqlamada vurğulanıb.
Qurum əlavə edib ki, İsrailin bir sıra rayonlarında protokola uyğun olaraq hava həyəcanı siqnalları aktivləşdirilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

