
Bakı. Trend:
“Yuventus”un müdafiəçisi Qleyson Bremer karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, “Çelsi”
braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə
mətbuatı məlumat yayıb.
London təmsilçisini Bremer üçün onun klubu ilə müqaviləsində yer
alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.
“Liverpul” və “Mançester Yunayted” də Braziliya millisinin
üzvünə maraq göstərir.
Qeyd edək ki, “Yuventus” Qleyson Bremeri 2022-ci ilin yayında “Torino”dan tramsfer edib. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm A
Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2
qol ötürməsi ilə yadda qalıb.

