Aİ səfiri Tbilisidə baş verən iğtişaşlara görə məsuliyyət daşıyır – Kobaxidze

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri kəskin bəyanat
yaymağa, Tbilisi küçələrində baş verən iğtişaşları qətiyyətlə
pisləməyə borcludur. Amma o, etiraz aksiyalarını dəstəklədiyini
bildirib. Aİ səfiri buna görə xüsusi məsuliyyət daşıyır.

Trend xəbər verir ki, bu
sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.




Hökumət başçısının sözlərinə görə, xaricdə bəzi şəxslər də
Gürcüstanda konstitusion quruluşun zorla dəyişdirilməsini
dəstəkləyiblər.