
Azərbaycan Prezidenti İlham Əliyev “2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, bu il tələbə adını qazanmış 102 nəfərə Prezident təqaüdü veriləcək.
Modern.az-ın məlumatına görə, Prezident təqaüdünə layiq görülən 102 tələbədən 5-i Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarıdır.
Bunlar liseyin məzunları Ziya Alızadə, Röyalə Bəxtiyarova, Ləman Əhmədzadə, Tamella Əliyeva və Xədicə İsmayılzadədir.

