Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb

Baş səhifə

Bakı. Trend:

Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit
qasırğalarından biri sona çatıb.

Trend xəbər verir ki, bu
barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun
günəş astronomiyası laboratoriyası məlumat yayıb.




Məlumata görə, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd
etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya
düşüb.

Yerüstü maqnitometrlərin məlumatları və günəş küləyinin
ölçülməsinə əsasən, bütün həftə ərzində davam edən maqnit qasırğası
başa çatıb.