
Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan
növbəti təyinat alıb.
AFFA-dan Trend-ə verilən məlumata görə, o, 21 yaşadək
futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
çərçivəsində keçiriləcək Türkiyə – Litva görüşünün hakim-inspektoru
olacaq.
H qrupunun oyunu oktyabrın 10-da Türkiyənin Sakarya şəhərində
yerləşən “Sakarya Atatürk” stadionunda baş tutacaq.

