
Bakı. Trend:
Ötən dövr ərzində müharibə və 20 Yanvar hadisələri, habelə
Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan 7,8 min
nəfərə avtomobil təqdim edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Sosial
Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, son illər bu istiqamətdə tədbirlər ardıcıl
xarakter alıb və qeyd edilən kateqoriyalara aid olan şəxslərə
postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə isə 7,8 min
avtomobil təqdim edilib.
“2024-cü ildə bu təminat üçün növbədə olan bütün imtiyazlı
şəxslərin avtomobillə təminatı artıq tam şəkildə yekunlaşdırılıb.
Avtomobilə tibbi göstəriş veriləcək şəxslərin də avtomobillərlə
təminatı həyata keçiriləcək”,- qurumdan əlavə olunub.
Qeyd edək ki, müharibə və 20 Yanvar hadisələri, habelə Çernobıl
AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minik avtomobili ilə
təmin olunurlar.

