Bakı.Trend:
Ağciyər xəstəlikləri ilə bağlı nümunələri yerində portativ
qurğular vasitəsilə götürülməsini planlaşdırırıq. Xəstəliyin aradan
qaldırılması üzrə mütəşəkillik çox vacibdir.
Trend xəbər
verir ki, bunu TƏBİB-in icraçı direktor müavini Anar İsrafilov
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
tərəfindən təşkil edilən “Dünya ağciyər sağlamlığı günü”nə həsr
edilmiş Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı TƏBİB-in
icraçı direktor müavini Anar İsrafilov deyib.
O qeyd edib ki, vərəmlə mübarizə bu günün ən aktual
problemlərindən biri olaraq qalır.
“Ümumdünya Səhiyyə Təşkilatı, həmçinin bir çox beynəlxalq
təşkilatlarının maarifləndirmə tədbirlərinə baxmayaraq, gündəlik
4000-4500-ə yaxın insan vərəm xəstəliklərinə görə həyatlarını
itirirlər. Bunlardan 600-700-ü uşaqlardır. Bu da bizə problemin
miqyasını göstərir. TƏBİB tərəfindən vərəmlə mübarizə məqsədilə ən
son görülən iş kimi Ağciyər Xəstəlikləri Mərkəzi yaradılmasını qeyd
edə bilərəm. Bununla da resurslar və kadrlar bir çətir altında
idarə olunur”.
A.İsrafilov vurğulayıb ki, Sumqayıtda ağciyər xəstəliklərindən
əziyyət çəkən şəxslərə dərmanlar artıq birbaşa evlərinədək
çatdırılır, müraciətləri videokonfrans vasitəsilə qeydə alınır.

