UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə
yaxındır.

Trend xəbər
verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev
Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxış edərkən
deyib.

O bildirib ki, təhsil cəmiyyətin inkişafında əsas rol
oynayır.




“Ölkəmizinin sosial sahədə inkişafının biri də insan kaptalının
inkişafıdır. Təhsil hər bir dövlərin iqtisadiyyatının
formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Bir sıra sahələrdə islahatlar aparılmışdır ki, bunlardan biri də
təhsil sahəsidir. Bu sahədə bir sıra addımlar atılıb və işlər
görülüb, görülməkdə də davam edir. Bu gün təhsildə də yeni
çağırışlar formalaşıb. Gənclərdən də bu tələblərə uyğunlaşmaq tələb
olunur. Digər ölkələr kimi bizə də rəqəmsal iqtisadiyyatın
qurulmasına çalışılır. Bu yerdə də gənclərin rəqəmsal inkişafına
ehtiyac var. Təhsildə bəzi bacarıqların əldə edilməsində süni
intellektdən bir alət kimi istifadə olunur”.

Nazir müavininin sözlərinə görə, ölkəmizdə peşə təhsili ilə
bağlı statistika 10% -in üzərindədir.

“Bu digər ölkələrdə müqayisədə aşağıdır. Bu sahədə inkişafa
ehtiyac var. Amma son 5 ildə biz peşə təhsilində qəbulu artırmışıq.
Ali təhsildə isə əhatəlik yüksək dərəcədə artırılıb. Artıq ali
təhsildə qəbul səviyyəsi 75 min nəfərin üzərindədir. Növbəti
illərdə də bu artırılacaqdır. Eyni zamanda dövlət sifarişli
yerlərin sayı artmaqda davam edilir. Ali təhsildə bu 50% həyata
keçirilib. Növbəti illərdə də dövlət sifarişli yerlərin artırılması
ilə bağlı işlər davam edəcək”, deyə o əlavə edib.