Nəqliyyat və rabitə sektoruna kredit qoyuluşları 12%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar
və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş
kreditlərin həcmi 1,923 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 20,5 milyon manat
və ya 1,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 211,9 milyon
manat və ya 12,4% çoxdur.




Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,995 milyard manat
təşkil edib.

Bu da aylıq müqayisədə 208,2 milyon manat və ya 0,7%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,9 milyard manat
və ya 10,2% artım deməkdir.