Bu gün 11 idman növü üzrə yarışlar keçiriləcək –

Baş səhifə

Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarında 11 idman növü üzrə yarışlar baş tutacaq.

Metbuat.az xəbər verir ki, Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal görüşləri olacaq. Azərbaycan millisi finala vəsiqə uğrunda oyunda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda isə Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi final matçına çıxacaq. Rəqib Rusiyanın müvafiq yaş qrupundan ibarət seçməsi olacaq. Qəbələdə, həmçinin badminton yarışları təşkil ediləcək.

Gəncədə güləş, qılıncoynatma, atıcılıq və voleybol yarışları keçiriləcək.

Göygöldə cüdo yarışlarına start veriləcək. Mingəçevirdə karate, Yevlaxda boks, Xankəndidə isə kamandan oxatma yarışları davam etdiriləcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.