Yaponiyada baş nazir postuna əsas namizədlər bəlli oldu

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 4-də Yaponiyada hakim Liberal Demokratik Partiyanın
(LDP) yeni lideri seçiləcək. Partiya sədri eyni zamanda ölkənin
növbəti baş naziri olacaq.

Trend-in
məlumatına görə, seçkiyə beş siyasətçi qatılıb, lakin onların
yalnız üçünün real qələbə şansı olduğu qeyd olunur.

LDP lideri parlamentin hər iki palatasının spikerləri istisna
olmaqla 295 deputatın səsi ilə müəyyən ediləcək.

Sədr postuna namizədlər bunlardır:

sabiq iqtisadi təhlükəsizlik naziri, mərhum baş nazir Şinzo
Abenin yaxın tərəfdarı Sanae Takaiçi,




kənd təsərrüfatı naziri, sabiq baş nazir Juniçiro Koizuminin
oğlu Şinjiro Koizumi,

Nazirlər Kabinetinin hazırkı baş katibi Yoşimasa Hayaşi,

sabiq iqtisadi təhlükəsizlik naziri Takayuki Kobayashi,

LDP-nin sabiq baş katibi Toşimitsu Moteqi.

Müşahidəçilər əsas mübarizənin Takaiçi, Koizumi və Hayaşi
arasında gedəcəyini bildirirlər.