DÇ: Ukrayna Paraqvayı məğlub edərək pley-offa lider kimi yüksəldi

Baş səhifə

Bakı. Trend:

20 yaşadək futbolçular arasında dünya çempionatının qrup
mərhələsinin üçüncü turunda Ukrayna millisi Paraqvay üzərində
qələbə qazanıb.

Trend-in
məlumatına görə, Çilinin paytaxtı Santyaqoda keçirilən görüş 2:1
hesabı ilə başa çatıb. Ukraynanın qollarını Maksim Derkaç (46-cı
dəqə) və Matvey Ponomarenko (80-ci dəqə) vurublar. Paraqvay isə
Sezar Minyonun (69-cu dəqə) qolu ilə fərqlənib.

Baş məşqçi Dmitri Mixaylenkonun rəhbərliyi altında Ukrayna yeddi
xal toplayaraq B qrupunda birinci olub və 1/8 finala vəsiqə
qazanıb. Paraqvay isə dörd xalla ikinci yerdən növbəti mərhələyə
yüksəlib.




Qrupun digər iştirakçıları – Cənubi Koreya (4 xal) üçüncü,
Panama (1 xal) isə dördüncü yerdə qərarlaşıb. Koreya reytinqə görə
pley-off şansı saxlayır, Panama isə turniri tərk edib.

1/8 finalda Ukrayna A, C və ya D qrupunda üçüncü yeri tutan
komanda ilə qarşılaşacaq. Oyun oktyabrın 8-də, Bakı vaxtı ilə saat
03:00-da keçiriləcək.

Qeyd edək ki, sonuncu U-20 dünya çempionatında 2023-cü ildə
Uruqvay İtaliyanı finalda 1:0 hesabı ilə məğlub edərək qalib
olmuşdu.