Çin ABŞ ilə məhdudiyyətlərin ləğvi üzrə danışıqlar aparır

Baş səhifə

Bakı. Trend:

Çin, ABŞ prezidenti Donald Tramp administrasiyası ilə Çin
şirkətlərinin ABŞ-də fəaliyyətinə qoyulan məhdudiyyətlərin mümkün
ləğvi ilə bağlı danışıqlar aparır.

Trend-in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Pekin ticarət
danışıqları çərçivəsində ABŞ-yə 1 trilyon dollar həcmində
investisiya təklif edib. Bunun müqabilində Çin tərəfi ABŞ-da inşa
edilən Çin şirkətlərinin istifadə etdiyi resursların idxalına
tariflərin azaldılmasını tələb edir.




Məlumatda qeyd olunur ki, Vaşinqton Pekinin təkliflərini qəbul
edərsə, ABŞ iqtisadiyyatına potensial Çin investisiyasının həcmi
hələ də müzakirə olunur.