Fransanın Nitsa şəhərində atışma qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Fransanın Nitsa şəhərinin qərbində, hava limanı yaxınlığındakı
Mulen rayonunda silahlı insident baş verib.

Trend xəbər verir
ki, bu barədə Alp-Dəniz Departamentinin prefekturasının məlumat
yayıb.

Atışma nəticəsində iki nəfər həlak olub, beş nəfər yaralanıb.
Onlardan ikisinin vəziyyəti ağır, üçünün isə yüngül olduğu
bildirilir.




Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım
qüvvələri cəlb olunub. Prefektura əlavə edib ki, daxili işlər
naziri Bruno Retalleau bölgədə asayişin təmin olunması üçün əlavə
polis qüvvələrinin yerləşdirilməsinə göstəriş verib.

Məlumata əsasən, sərnişin kimi olduğu avtomobildən düşən şəxs
Kalaşnikov avtomatından atəş açıb. Hadisənin narkotik alveri ilə
bağlı olduğu ehtimal edilir.