Bakı. Trend:
Almaniyanın Münhen hava limanı bir neçə pilotsuz uçuş aparatının
(PUA) peyda olması səbəbindən fəaliyyətini yenidən dayandırıb.
Trend-in
məlumatına görə, bu barədə “Reuters” hava limanının
təhlükəsizliyinə istinadən xəbər yayıb.
Agentliyin verdiyi məlumata görə, “Münhen hava limanında hər iki
uçuş-enmə zolağı bağlıdır”.
Qeyd olunur ki, aşkarlanan PUA-ların hava limanının bağlanmasına
səbəb olub-olmadığı hələlik məlum deyil. Oktyabrın 2-də axşam
saatlarında Münhen Beynəlxalq Hava Limanından uçuşlar bir neçə
naməlum pilotsuz təyyarənin aşkarlanması ilə dayandırılmışdı.

