Bakı. Trend:
ABŞ Venesuelaya məxsus, narkotik daşıdığı iddia olunan daha bir
gəmiyə zərbə endirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Müharibə katibi Pit Heqset
açıqlama yayıb.
Onun sözlərinə görə, əməliyyat zamanı gəmidə olan 4 nəfər həlak
olub, ABŞ qüvvələrinin isə zərər görmədiyi bildirilib.
“Heç bir ABŞ qüvvəsi xəsarət almayıb. Gəmi Amerika istiqamətində
xeyli miqdarda narkotik daşıyarkən, Venesuela sahillərinə yaxın
beynəlxalq sularda vurulub”, – Heqset əlavə edib.

