“Zirə” və “Neftçi”dən 4 qollu bərabərlik, “Araz-Naxçıvan” liderliyə yüksəldi – Misli Premyer Liqası

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Zirə” – “Neftçi”
qarşılaşması 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Trend-in
məlumatına görə, oyunda qolları “Zirə”dən Giorgi Papunaşvili (28-ci
dəq.) və Ruan Renato (90+8-ci dəq.), “Neftçi”dən isə Varqas (66-cı
dəq.) və Bassala Sambu (87-ci dəq.) vurublar.

Bu nəticədən sonra “Neftçi” 8 xalla turnir cədvəlində 8-ci
pillədə qərarlaşıb. “Zirə” isə 13 xalla ikinci yerdədir.




Turun digər görüşündə “Araz-Naxçıvan” səfərdə “İmişli”yə 2:0
hesabı ilə qalib gəlib. Qolları Ba-Muaka Simakala (33-cü dəq.) və
Ülvi İsgəndərov (90+5-ci dəq.) vurublar.

Qələbə sayəsində “Araz-Naxçıvan” 14 xal toplayaraq liderliyə
yüksəlib. “İmişli” isə 7 oyundan sonra 8 xalla 7-ci pillədə
qərarlaşıb.