Bakı. Trend:
Böyük Britaniya düşmənlərin peykləri kor etmək və ya rabitəni
kəsmək üçün istifadə edə biləcəyi lazer hücumlarına qarşı sensorlar
hazırlayır.
Trend xəbər verir ki, bu
barədə Britaniya hökuməti məlumat yayıb.
Məlumata görə, layihəyə təxminən 500 min funt sterlinq
ayrılacaq. Prosesə Böyük Britaniya Kosmik Komandanlığı və Kosmik
Agentliyi cəlb olunub.
Qeyd edək ki, yayda dərc olunan hökumət sifarişli təhlükəsizlik
icmalında bildirilmişdi ki, Britaniya rəqib ölkələrin kosmosdakı
hücum imkanlarını inkişaf etdirməsi fonunda hərbi kosmik
sistemlərini təcili şəkildə gücləndirməlidir.

