Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə əlaqədar paylaşım edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq
Günü ilə əlaqədar rəsmi “Instagram” hesabında paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.

Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan
Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.

Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən
təbrik edirəm.

Türk dünyası bizim ailəmizdir!

Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında
böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir.

Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında siyasi, iqtisadi
və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsinə, Türk
xalqları arasında həmrəyliyin daha da möhkəmlənməsinə böyük töhfə
verrmişdir.

Azərbaycan Türk dünyasının birliyinin gücləndirilməsi
istiqamətində səylərini bundan da sonra davam etdirəcək.
Qardaşlığımız əbədidir!”