Yeni körpü nə zaman hazır olacaq? –

Baş səhifə

Ələt-Astara yolunun 95-ci kilometrliyində yeni körpü inşa olunur. Bəs sözügedən körpünün tikintisi nə zaman yekunlaşacaq?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, yeni körpü müasir normativlərə və yüklərə uyğun inşa edilir. Nəticədə körpü ilə hərəkət daha rahat və təhlükəsiz olacaq:

“İşlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. Qrafikin müddəti layihənin xarakterindən və işlərin həcmlərindən asılı olaraq dəyişir. İşlər açıq hava şəraiti altında icra olunduğu üçün dəqiq tarix söyləmək bir qədər çətindir. Amma plana uyğun, bu ilin sonu, gələn ilin əvvəli işlərin tamamlanması baş tuta bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.