
“Araz-Naxçıvan” Premyer Liqanın VII turun açılış matçında qələbə qazanıb.
Metbuat.az-ın məlumatına görə, Elmar Baxşıyevin komandası “İmişli”ni evdə 2:0 hesabı ilə məğlub edib.
Qolları Ba-Muaka Simakala (33) və Ülvi İsgəndərov (90+5) vurublar.
“İmişli” hazırda 8 xalla yeddinci pillədə qərarlaşıb. Hesabında 14 xal olan Naxçıvan təmsilçisi isə turnir cədvəlinin zirvəsinə yüksəlib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

