Milli Məclisin deputatı Çadda beynəlxalq parlamentin plenar iclasda iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin deputatı Könül Nurullayeva oktyabrın 5-də Çad
Respublikasının Ncamena şəhərinə səfər edəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkili səfər çərçivəsində həmin şəhərdə
keçiriləcək Qlobal Tolerantlıq və Sülh Şurasının Tolerantlıq və
Sülh naminə Beynəlxalq Parlamentinin 13-cü plenar sessiyasında
iştirak edəcək.

Deputatın plenar iclasda çıxışı nəzərdə tutulub.

Qeyd edilib ki, səfər oktyabrın 7-də başa çatacaq.