
Bakı. Trend:
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi
dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyəm
olunaraq saxlanılıb.
Trend-in yerli müxbiri xəbər
verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində
2002-ci il təvəllüdlü, “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq
Qasımlı məsuliyyətə cəlb olunub.
Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.

