Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən
dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə
xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda
depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil
edilib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.




Qeyd edilib ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının
300 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin
məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim
edən iki bankında 28 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi
ilə depozitə yerləşdirilib.