Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi,
reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi
çərçivəsində yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohur
çölünə 11 baş ceyran buraxılıb.

Trend
xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin
rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər
Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in dəstəyi ilə 2010-cu
ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli
Parkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərə
reintroduksiya olunub.




“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması
haqqında” 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Qax, Samur və
Yevlax rayonlarının ərazisində 23901,99 ha sahədə Axar-Baxar Milli
Parkı, Qax və Zaqatala rayonlarının ərazisində 13966 ha sahədə isə
İlisu Milli Parkı yaradılıb”.

Xidmət rəsmisi onu da qeyd edib ki, 2024-cü ildə həyata
keçirilən məməli heyvanların payız sayğısı zamanı Acınohur çölündə
500 başdan çox ceyran qeydə alınıb.