
Bakı. Trend:
İdxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Qida
Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs
Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi
çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı
üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb.
Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus
cereus) aşkarlanıb.
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul
partiyası məhv edilib.

