
Bakı. Trend:
Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən
6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə
polisə məlumat daxil olub.
Trend
xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum
olunmuş, 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

